• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 26.05.2018 16:00

Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib

KepezTV Player

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində Gəncədə Heydər Əliyev park-kompleksindəki Amfiteatrda xüsusi ssenari əsasında hazırlanan, teatrlaşdırılmış kütləvi mərasim təşkil edilib. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan teatrlaşdırılmış mərasimdə AXC-nin 23 aylıq fəaliyyət dövrünə nəzər salınıb, həmin illərdə yaşanan tarixi hadisələr xronoloji ardıcıllıqla tamaşaçılara təqdim olunub. AXC-nin ordu quruculuğu, 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad edilməsi və Qafqaz İslam Ordusunun fəaliyyəti ön plana çəkilib. Rəmzi olaraq Nuru paşa, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Məhəmməd Qasım bəy kimi şəxsiyyətlər Türkiyə, Azərbaycan və AXC-nin döyüş bayraqlarının müşayəti ilə səhnəyə daxil olublar. 2 saatdan artıq davam edən mərasimdə milli rəqslər və müxtəlif ifalar da tamaşaçılara təqdim olunub.