• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 25.05.2018 21:20

Gədəbəydə bıçaqlanma olub

Gədəbəyin Böyük Qaramurad kəndində qanlı hadisə baş verib. Bıçaqlanan 34 yaşlı Elşad Quliyevi yolun kənarında tapıblar. O, əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, Elşad Quliyev dünyasını dəyişib. Polisin araşdırmaları ilə hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Məmmədəli Səfərli tutulub. Onun hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir.