• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 24.05.2018 22:42

Gəncədə baş verən yol qəzasında sürücü xəstəxanalıq oldu

KepezTV Player

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Heydər Əliyev prospektində şəhər sakinləri Hüseyn Həşimovla 34 yaşlı Pərviz Salmanovun idarə etdiyi iki "Mercedes" markalı avtomobil toqquşub.  Hüseyn Həşimov xəsarət alıb. Yaralıya tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.   Şahidlərin bildirdiyinə görə, Hüseyn Həşimov avtomobillə dönmə əməliyyatı zamanı qoşa xətti ayaqlayaraq o biri nəqliyyat vasitəsinin yoluna çıxıb. Qəza da bu zaman baş verib. Polis faktı araşdırır.

Elnur Vahidoğlu