• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1140
— 21.05.2018 14:59

ADAU "2017-2018-ci tədris ilinin ən yaxşı universiteti" sorğusunun qalibi olub

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universiteti "2017-2018-ci tədris ilinin ən yaxşı universiteti" sorğusunun qalibi olub. Qafqazın ən böyük təhsil Facebook səhifəsi olan "Azərbaycan Universitetleri" səhifəsinin keçirdiyi sorğuda tələbələr 79 faiz səsi məhz bu ali məktəbə verib. Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ilində belə titula sahib olmağın qürurverici olduğunu deyən rektor İbrahim Cəfərov bir əsr bundan öncə ölkənin universitetin əsas binasından idarə edildiyinə diqqət çəkib. ADAU-nu dəstəkləyən, ona səs verən hər kəsə minnətdarlığını bildirən rektor dövlətin dəstəyi ilə həyata keçirilən böyük layihələr aqrar kadr hazırlığına böyük töhfə olduğuna diqqət çəkib. “Azərbaycan Universitetləri” səhifəsinin rəhbəri Zöhrab Süleyman səsverənlər arasında digər universitetlərin tələbələrinin olmasına diqqət çəkib və ADAU-nun artıq 2-ci dəfə ən yaxşı universitet seçildiyini vurğulayıb. Sonra ADAU-nun rektoruna səhifənin mükafatları təqdim olunub.