• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1128
— 21.05.2018 14:45

DİM tərəfindən I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

KepezTV Player

Gəncə və ətraf 11 rayondan 3434 abituriyentin iştirak etdiyi  imtahanlar 7 binada reallaşıb. Prosesin idarə olunması üçün  23 imtahan rəhbəri və 268 nəzarətçi-müəllim ayrılıb. İmtahan prosesində abituriyentlərə müvafiq ixtisas qrupu üzrə 5 əsas fənndən test tapşırıqları təqdim olunub. Sualların cavablandırılması üçün 3 saat vaxt ayrılıb, imtahanda nizam-intizam qaydalarının pozulması faktı qeydə alınmayıb. Nəticələrin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Vüqar Əsgərov - DİM-in Gəncə Regional bölməsinin aparıcı-məsləhətçisi: -“ Ümumilikdə, Gəncə şəhərində keçirilən imtahanlarda 3434 nəfər abituriyent iştirak edir. 1 nömrəli məktəbdə 492 nəfər abituriyent iştirak etməli olduğu halda, 11 nəfər imtahana gəlməyib. İmtahanda heç bir neqativ hal baş verməyib. Hər şey qaydasındadır”.