Göygöldə əkin sahələrinin vaxtında suvarılması rayon üzrə məhsuldarlığın yüksəlməsinə səbəb olub. Bu il də sahələrdən bol məhsul götürməyi hədəfləyən rayon fermerləri suya olan ehtiyacın ödəniləcəyinə ümid edir.
Rəşad Məmmədov - təsərrüfat sahibi: Əkinçiliklə məşğul oluruq. Şükürlər olsun ki Göygöl rayonunda su ilə bağlı heç bir problem yoxdur. Suyumuz var. Sahələrimizi vaxtlı-vaxtında suvara bilirik. Məhslumuzu normal becəririk.
Su varsa, deməli sahələrdə məhsul da bol olacaq. Əkinçilikdə yüksək məhsuldarlığın əsasını təşkil edən suvarmada problemin olmaması əkin sahələrinin ilbəil genişlənməsinə səbəb olur.
Qubar Əliyev – fermer: Mən ötən il 5 hektar ərazidə şəkər çuğunduru əkmişdim. Şəkər çuğunduruna əsas vacib olan sudur. Ötən il 8 dəfə suvarma apara bildim və yaxşı məhsul götürdüm. Ona görə bu il 15 hektar çuğundur əkmişəm.
Bu il rayon ərazisindən keçən Gəncəçay, Qoşqarçay və Kürəkçayda sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlər görülüb. Su nasos stansiyalarında, hidrotexniki qurğularda, hidropostlarda əsaslı və cari təmir işləri aparılıb.
İlqar Məhərrəmov - Göygöl Rayon Suvarma Sistemləri İdarəsinin rəisi: Kanal və arxların üzərində olan hidrotexniki qurğular təmir olunaraq hazır vəziyyətə gətirilib. Eyni zamanda olan idarənin balansında olan subartezian quyuları və nasos stansiyaları təmir olunub. Buda əkin sahələrinə verilən suyun miqdarını xeyli artırıb.
Göygöl suvarma sistemləri idarəsi 15 min hektar əkin sahəsinin suvarılmasını həyata keçirir. Ötən il ölkə prezidentinin sərəncamı ilə 6 subartezian quyusu istifadəyə verilib. Bu il 4 quyunun qazılması nəzərdə tutulur.
Natiq Hüseyn
- Baxış: 1928