• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1632
— 09.05.2018 14:58

Gəncə cüdoçuları Rusiyada keçirilən beynəlxalq turnirdə medal qazanıblar

KepezTV Player

Məşqçi Xanəhməd Rzazadənin iki yetirməsi Moskvada yeniyetmələr arasında reallaşan yarışda fəxri kürsüyə yüksəlib. Əldə olunan medallardan biri gümüş, digəri bürüncdür. Şimal ölkəsində Yusif Məmmədov bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib olub. O, 73 kq çəki dərəcəsində məğlubiyyətsiz irəliləyib. Məmmədovun komanda yoldaşı Turan Bayramov isə yalnız final görüşündə uduzaraq ikinci yeri tutub. Turan 60 kq-da medalçılar sırasına düşüb.

Azad Rəfi