• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1010
— 28.04.2018 16:30

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinə bu gün yekun vurulacaq.

KepezTV Player

9-cu tur eyni zamanda son tur olacaq. Bağlanış günü iki azərbaycanlı qrossmeyster üz-üzə gələcək. Yığmamızın lideri Şəhriyar Məmmədyarov Rauf Məmmədovla qarşılaşacaq. Rauf ağ, Şəhriyar qara fiqurlarla oynayacaq. Teymur Rəcəbov da qara fiqurlarla mübarizə aparacaq. Şahmatçımız sonuncu pillənin sahibi David Navara ilə görüşəcək. Lider Maqnus Karlsen son turda ən yaxın izləyicisi Dinq Lirenlə münasibətlərinə aydınlıq gətirəcək. Məhz bu görüşün nəticəsi turnirin qalibini müəyyənləşdirəcək.

 

“Shamkir Chess 2018”

IX tur

 

28 aprel

David Navara (Çexiya, 2745) - Teymur Rəcəbov (Azərbaycan, 2748)

Rauf Məmmədov (Azərbaycan, 2704) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814)

Maqnus Karlsen (Norveç, 2843) - Dinq Liren (Çin, 2778)

Radoslav Voytaşek (Polşa, 2744) - Aniş Giri (Hollandiya, 2777)

Sergey Karyakin (Rusiya, 2778) - Veselin Topalov (Bolqarıstan, 2749)

 

Turnir cədvəli: Karlsen – 5,5 xal; Liren – 5; Topalov, Giri, Məmmədyarov, Voytaşek, Karyakin, Rəcəbov – 4; Məmmədov – 3,5; Navara – 2.

Orxan Cəfərzadə