Azərbaycanda 1 milyon arı ailəsinin saxlanılmasına şərait var, lakin hazırda ölkədə olan arı ailələrinin sayı bu rəqəmin 3-də biri qədərdir. Qeyd olunan amil nəzərə alınaraq, arıçılığın inkişafı gündəmdə saxlanılır. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Arıçılıq mərkəzində bu sahədə işlər aparılır, əldə olunan naliyyətlər fermer və mütəxəsislərlə bölüşülür.
“Bozdağ Qafqaz” bal arısı cinsinin artırılması istiqamətində işlər aparılır. Azərbaycan üçün prespektivli hesab edilən bu cins əsasən dağ ətəyi və dağlıq bölgələrdə rayonlaşıb. Öz sakitliyinə və xortumunun uzunluğuna görə seçilir. Digər arı cinsləri ilə müqaisədə daha məhsuldardır.
Allahverdi Seyidov - Arıçılıq Mərkəzinin direktoru: Bizim konkret məqsədimiz nədir: təmizqanlı arı cinsi yetişdirmək, bir ana arıdan 50 ana arı almaq və öz arıxanasını yaratmaqdır. FAO – nun dəstəyi ilə Türkiyə ilə birlikdə, Azərbaycanda “Bozdağ Qafqaz” arı cinsinin təmiz qanlıları seçildi və bu gün onun damazlıq işləri təşkil olunur, süni analar vasitəsi ilə bu işlər həyata keçirilir.
Arıçılıq mərkəzində “Elektorn arıçılıq” sistemi də qurub ki, bu da arı ailələrinin saxlandığı qutuların internet üzərindən idarə olunmasını təmin edir. 2021-ci ildə 600 min arı ailəsi yetişdirərək, 900 min 600 tondan çox bal istehsalına nail olmaq qarşıya qoyulan əsas məqsədlərdəndir.
Rəsul Balayev - Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru: Arıçılığın inkişafı istiqamətində görülən tədbirlər həm kənd təssürfatı iqtisadiyyatına, həm ölkə iqtisadiyyatına, həm ətraf mühitin mühafizəsinə, həm də əhalinin yaşayış tərzinin yaxşılaşmasında mühüm rol oynayacaq.
Bu sahənin inkişafına dövlət tərəfindən də xüsusi diqqət göstərilir. Belə ki, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilib. Bu sahənin elmi əsaslarla inkişafı fermerlərin də marağındadır.
Əli Allahverdiyev - fermer: Arılar dövr olaraq müəyyən artımdan sonra bilinməyən xəstəliklər səbəbindən tələf olurdular. Buna görə də heç bir artımdan söz gedə bilməzdi. Son dövlərdə araçılığa elmi yanaşma, arıların xəstəliklərinin səbəblərinin öyrənilməsi, müəyyən tədbirlərin görülməsi bu problemi aradan qaldırıb.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Arıçılıq mərkəzində baş tutan “Arıçılığın mövcud vəziyyəti, inkişaf prespektivləri” adlı elmi-parktik konfransda “Arı xəstəliklərinə qarşı müalicə-profilaktika tədbirləri”ndən danışılıb. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə reallaşan konfransda mütəxəsislərlə yanaşı bölgədə yaşayan arıçılar iştirak edib.
Gülnar Fazilqızı
- Baxış: 1867