• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 17.04.2018 17:07

Gəncədə bayraq muzeyi və tələbə yataqxanaları tikiləcək

KepezTV Player

Gəncədə 5 otel tikilir. Şəhər üçün dram teatr və idman sarayının tikintisini də bu il ərzində başa çatdırmaq planlaşdırılır. Bu həm məşğulluğun təminatına, həm də şəhərin müasir görkəm alması deməkdir. Gəncədə cari ilin 1-ci rübünün yekunlarının müzakirə edildiyi yığıncaqda əsas diqqət Gəncəçayın sol hissəsində də abadlıq işlərinin aparılmasına və Nizami prospektində icra edilən layihələrə yönəldilib. Yeni bulvarda bayraq müzeyi, ali məktəblər üçün yataqxana kompleksləri, yaşayış binaları ucaldılacaq və qapalı futbol meydançası yaradılacaq. Həmin ərazidə yaşayanlar üçün isə tam şəraitli yeni mənzillər tikilib və sakinlərə təqdim edilir. Binaların dam örtüyünün yenilənməsi və fasadlarının təmiri, yolların genişləndirilməsi ilə bağlı şəhərin bir neçə    istiqamətində görülən işlərdən də danışılıb. Xüsusilə də Nizami prospektində həyata keçirilən iri layihənin şəhərdə nəqliyyatın yükünü azaltmaqla əhalinin iş və mənzil şəraitinin yaxşılaşdırılmasına hesblandığı xüsusi vurğulanıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev icra edilən layiohələrlə bağlı sahibkarları fəal olmağa çağırıb.