Bu ilin əvvəlindən Aqrolizinq-in Gəncədəki Rayonlararası Təhcizat Bazasına xaricdən 472 baş cins düyə gətirilib. Son 8 ildə bazaya gətirilən 7000-dən artıq iribuynuzlu cins heyvan güzəştli şərtlərlə təsərrüfat sahiblərinə satılıb. Həm ətlik, həm də südlük olan cins damazlıqların satışı xüsusi baytar nəzarəti altında bəsləndikdən sonra həyata keçirilir. Bazaya növbəti cins malların qəbuluna başlanılıb.
Bayandur Rzayev Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: Avstryadan gətirilən Simmental cinsindən olan 94 baş düyəni hal-hazırda qəbul etmişik. Heyvanlar 30 gün qarantin müddəti keçəcəkdi. Bu müddət ərzində biz həmin heyvanların sereloji müayinəsini aparmaq üçün qan nümunələri götürərək, bruselyoza, xlamidyoz, şlaydenberq və göyder xəstəliyinə qarşı müayinə aparacayıq.
- Baxış: 1673