• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 14.04.2018 13:43

Ötənilki yüksək məhsuldarlıq goranboylu fermerləri həvəsləndirib

KepezTV Player

Ötən il pambıqdan yüksək məhsul əldə edən Goranboylu fermerlər yenidən sahələrdədirlər. Rayonda fəaliyyət göstərən Pambıq Qəbulu Məntəqələri ilə bağlanan müqavilələr təsərrüfatçıları ruhlandırır.

Bu il Goranboyda 5 min hektarda pabığın əkilməsi üçün sahələrdə şum, arat ardınca isə səpin işləri həyata keçirilir. Aqrotexniki tədbirlər və suvarılmanın vaxtında aparılması bol məhsulun əldə olumasına imkan verəcək. 3 ildir ki, ağ qızılın yetişdirilməsi üçün əmək sərf edən Elmdar Məmmədov hər hektarından 30 sentner pambıq yığaraq məntəqəyə verilməsini təmin edib. Fermer bu il 30 hektarda səpin aparır.

Elmdar Məmmədov  fermer: “Bu ildə məqsədimiz odur ki, pambıq sahələrini genişləndirək. Gələcəkdə sahəmizi 50 hektara çatdırmağı planlaşdırmışıq. Bu il hər hektardan 35-40 sentner məhsul əldə etməyi qarşıya məqsəd qoymuşuq”

Bu il 1500 hektar sahədə 457 fermerlə müqavilə bağlayan Goran Pambıq zavodu hazırda səpin işlərini aparılması üçün onlara çiyit, gübrə və texniki dəstək verir. Müəssisə həmçinin təcrübə məqsədilə mümbit sahədə pambıq çiyidlərinin sınağını da aparıb.

Əzizağa Ağayev  baş aqronom: “Biz özümüz elmi texnikanın son nəaliyyətlərindən və bölgənin keçmiş pambıqçılıq ənənəsindən istifadə edərək 4 hektar sahədə təcrübə məqsədilə pambıq səpmişik. Hazırda sahələrdən 100% çıxış almışıq. Respublikada ilk çıxış alan təsərrüfatlardan biri bizik”

2017-ci ildə 800 hektar sahədən 900 ton ağ qızıl tədarük edən Goran Pambıq zavodu məhsulu emal edərək  “made in Azərbaycan” adı altında satışını həyata keçirib.

Rüfət Ruhi Goran Pambıq Zavodunun direktoru: “Keçən il tədarük edilən pambıq zavodda emal olunduqdan sonra xaricə export edilib. Bu il məhsulumuzu həm yerli, həm də xarici bazara çıxarmağı planlaşdırırq. Bunun üçün zavodumuzun fəaliyyətini tam bərpa etmişik”

Bu il rayon üzrə 180-200 min sentnerədək pambıq yığımı nəzərdə tutulub.

Xaliq Qurbanlı