• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1520
— 12.04.2018 16:26

Gəncəlilər İlham Əliyevin seçkilərdə qələbəsini bayram ediblər

KepezTV Player

Gəncədə Yeni Azərbaycan Partiyasının fəalları şəhərin baş meydanına toplaşaraq prezidentliyə namizəd İlham Əliyevin seçkilərdə qələbəsini bayram ediblər. Aprelin 11-də baş tutan seçkilərdən sonra “exit-poll”un açıqlamasına əsasən İlham Əliyevin inamlı qələbəsi münasibətilə konsert proqramı təşkil olunub. Minlərlə şəhər sakinin qatıldığı qələbə konsertində əllərində Azərbaycanın və YAP-ın bayraqları olan fəallar İlham Əliyevə bir daha dəstək nümayiş etdiriblər. Yerli musiqiçilərin milli ruhda mahnıları səslənib, rəqs qruplarının ifaları altında sakinlər də rəqs ediblər.