• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 11.04.2018 14:59

Gəncənin tanınmış idmançı və məşgçiləri də Prezident seçkilərində iştirak edir

KepezTV Player

Rio Paralimpiya Oyunlarının çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi Ramil Qasımov vətəndaşlıq borcunu yerinə yetirək günün səhər saatlarında səsverməyə qatılıb. Şöhrət ordenli paracüdoçu 37 saylı Nizami I Seçki Dairəsinin 1231 nəfər seçicinin qeydiyyatda olduğu 8 saylı seçki məntəqəsində səs verib.

Olimpiya çempionu sərbəst güləşçi Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov da səsvermə hüququndan istifadə edib. Bu yaxınlarda əməliyyat olunan təcrübəli mütəxəssis sağlıq durumuna baxmayaraq 38 saylı Nizami II Seçki Dairəsinin 9 saylı məntəqəsində səs verib.

38 saylı Nizami II Seçki Dairəsinin 13 saylı məntəqəsində səs verənlər sırasında veteran futbolçu Müzəffər Qasımov da olub. "Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin üzvü 60 ilə yaxındır ki, seçkilərdə iştirak edir.

Seçkilərdə Gəncənin bütün idmançıları və məşqçiləri də fəallıq göstərək dəstəklədikləri namizədə səs veriblər.

 

Azad Rəfi