• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1335
— 09.04.2018 14:42

“Kəpəz” heç-heçə oynadı

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü dövrəyə start verilib. 22-ci tur Gəncədə başlayıb. Burada çempionatın autsayderləri “Kəpəz”lə “Keşlə” üz-üzə gəlib. Son 3 turu qələbəsiz başa vuran tərəflərin oyunu qollu heç-heçə ilə nəticələnib. Komandalar hərəyə 1 qol vurmaqla aktivlərinə 1 xal yazdırıblar. 25-ci dəqiqədə Vaqif Cavadovla hesabda irəli çıxan paytaxt klubu ilk yarının sonunda qapısından top buraxıb. Oyunu yüksək səviyyədə keçirən Dario Frederiko “sarı-göylər”in bərabərlik qolunu vurub. Meydanın mərkəzində topu qəbul edən braziliyalı fərdi ustalığını işə salmaqla çərçivəni dəqiq nişan alıb. Kəpəz 1 Keşlə 1.

 

Orxan Cəfərzadə