• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 07.04.2018 16:00

Gəncə avtomobil zavodunda modernləşdirilən traktorlar istehsal prosesinə cəlb ediləcək

KepezTV Player

Aqrolizinq”-ə müqavilə əsasında təhvil verilən texnikalar fermerlərin işini asanlaşdıracaq.

“Aqrolizinq” tərəfindən təkminləşdirilmə üçün nəzərdə tutulan bütün dəyişikliklər Gəncə avtomobil zavodunun mütəxəssisləri tərəfindən aparılıb. Pambıqçılıq təsərrüfatlarında istifadə olunacaq texnikalara qoruyucu şitlər və ağırlaşdırıcı yüklər quraşdırılıb.

Namiq Cəfərov Dövlət Maşın Sınaq Stansıyasının direktoru: Traktorlardan əlavə bunlara qoşulan qoşqular kultivatorlar kotanlar viyid səpənlər və başqa qoşqularında sınağı bizim tərəfimzidən aparılır.

Gəncədə istehsal olunan texnikalar fermerlər və iş adamları tərəfindən müsbət dəyərləndirilir. Azərbaycanın bütün bölgələrinin aqrotexniki vasitələr və traktorlarla təminatının yaxşılaşdırılması məqəsdi ilə  bu işlərin davam etdirilməsi nəzərdə tutulub.  

Seyfəddin Talıbov- Azərbaycan Kənd Təssərrüfatı Nazirinin müavini: Qoruyucu şitlərtin olmaması və eyni zamanda tarktorların önündə əlavə yüklərin qoyulmaması bu traktorların becərmə işlərində fəaliyyətinə mənfi təsir göstərirdi. Məhz bu istiqamətdə bizim maşın sınaq stansiyaları əməkdaşları ilə zavodun əməkdaşları arasında motovikasiya işləri həyata keçirilib.

“Aqrolizinq” avtozavod ilə ikitərəfli əməkdaşlıq, texnikaların təkminləşdirlməsi, yeni modellərin yığılması istiqamətində işləri davam etdirəcək.

Kamran Nəzərov – Gəncə avtomobil zavodu İB-nin direktoru: 80 X tarktorlarından başqa yeni əlavə sifarişlərdə qəbul olunub. Onlarıd abiz istehsal etdik. Traktorların üstünə qoşduq. İstehsalda nəzərdən keçirdik. Fermerlər tərəfindən çox bəyənildi.

“Aqrolizinq” ASC-i 2007-ci ildən Gəncə avtomobil zavodu ilə əməkdaşlıq edir. Bu günədək müəssisədə istehsal olunan 10000 traktorun 8466-ci dövlət sifarişi əsasında “Aqrolizinq”-ə təhvil verilib.