• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1214
— 30.03.2018 14:43

Göygöldə bu il çuğundur sahələri 600 hektara çatdırılıb

KepezTV Player

Artıq 3 ildir Göygöl rayonunda şəkər çuğundurunun əkini aparılır. Ötən il məhsuldarlıq yüksək olduğundan bu il şəkər çuğunduruna maraq da artıb. Rayonda fermerlər ilk dəfədir ki, 600 ha-dan çox əraziyə şəkər çuğundurunu əkməyi qarşılarına məqsəd qoyub.

Bayram Rüstəmov fermer – “Balçılı kəndində yaşayıram. Şəkər çuğunduru əkirəm. Keçən il 3 ha əkmişdim, yaxşı məhsul götürmüşəm. Dövlətimiz sağ olsun diqqət yetirir. Bu il də 5 ha əkirəm”.

Bu il Göygöldə şəkər çuğunduru əkən 82 fermer Azərbaycan Şəkər İstehsalat Birliyi müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə həmin fermerlər texnika, eləcə də toxumla təmin olunur. Mart ayının əvvəlindən rayonda 450 ha-dan çox ərazidə çuğundurun əkini başa çatıb.

Alik Abbasov İmişli Şəkər Zavodunun aparıcı aqranomu – “1234 manat məbləğnə qədər zavod vətəndaşa pul verir. Müqavilədə də bu öz əksini tapır. Becərmə müddətində avans olaraq əvvəlki illərdə hektara 100 manat pul verilirdi. Bu ildən hektara 200 manat vətəndaşa köməklik məqsədi ilə əvvəlcədən pul verilir. Məhsul yığımından sonra həmin  pul tutulur, yerdə qalan pul isə bank vastəsi verilir. Göygöl dağlıq rayon olduğu üçün yuxarı Çaykənd ərazisində 65 ha sahəyə çuğunduru səpmişik. Birinci dəfədir ki, həmin kənddə səpin işləri aparılıb”.

Ötən il rayonda 550 ha şəkər çuğunduru əkilib və hər hektardan 40 tona yaxın məhsul yığılıb.

Adil Kərimzadə- Göygöl Rayon Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi “Rayon üzrə təhvil verilmiş şəkər çuğunduruna görə 69 min 969 manat məbləğndə subsitsiya hesablanıb. Hesablanmış subsitsiya yaxın günlərdə müvəkkil bank vastəsi ilə istehsalçılara ödəniləcəkdir. Keçən il olduğu kimi bu il də şəkər çuğunduru əkmiş istehsalçılara təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə 4 manat dövlət hesabına subsitsiyalar veriləcəkdir. Şəkər çuğundurunu təstiq edən müəyyən sənədlər Göygöl rayon Kənt Təsərrüfatı idarəsinə verilir, həmin sənədlər hesabına biz istehsalçılara subsitsiyaları veririk”.

Əkin zamanı məhsuldar olan Almaniya və Belçikadan gətirilən toxumardan istifadə edilir. Hər hektara texnika ilə 100 min ədədə yaxın toxum basdırılır. Suvarılmasına isə may-iyun ayından başlanılacaq və proses məhsul yığımına kimi davam edəcək. Rayonun 12 kəndində  əkilən şəkər çuğundurunun sentyabırda yığımı aparılacaq.

 

Elnur Vahidoğlu