• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2218
— 23.03.2018 22:33

Ağac əkmək istəyirdi, qumbara tapdı

KepezTV Player

İsmayıllı rayonunda 2 ədəd əl qumbarası tapılıb. İsmayıllı şəhərinin Babadağ küçəsində yaşayan 1994-cü il təvəllüdlü İsmayılov Teymur Tahir oğlu yaşadığı evin qarşısında, yolun kənarında ağac əkmək üçün quyu qazarkən qorpağın altından 2 ədəd əl qumbarası aşkar edib. Teymur İsmayılov dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları həmin əraziyə gələrək ərazini nəzarətə alıblar. Partlayıcıların zərərsizləşdirməsi üçün ANAMA əməkdaşları əraziyə baxış keçirib və ərazi nəzarətə götürülüb. Babadağ küçəsində torpağın altında başqa əl qumbaralarının da olduğu ehtimal olunur. Ona görə də polis əməkdaşları Teymur İsmayılova torpaqda qazıntı işlərini dayandırmağı məsləhət görüblər. Partlayıcıların torpağa kim tərəfindən və nə vaxt basdırılması hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.