• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 23.03.2018 22:52

Keçmiş məhkumun həyətində çətənə aşkarlandı

KepezTV Player

Salyan şəhər sakini 50 yaşlı Elçin Hüseynovun qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməsi barədə Salyan RPŞ-nə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib və orada çətənə şitilləri aşkarlanıb. Əvvəllər də məhkumluq həyatı yaşayan Elçin Hüseynov narkotik bitkini öz istifadəsi üçün əkdiyini və törətdiyi əməldan peşman olduğunu dilə gətirib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəllənin 237. 2.3 maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.