• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 898
— 23.03.2018 22:19

Qadın əri tərəfindən bıçaqlanaraq öldürüldü

KepezTV Player

Abşeronda gənc qadın əri tərəfindən bıçaqlanaraq öldürülüb.Hadisə Xıradalan şəhərində baş verib. 29 yaşlı Türkanə Məmmədcanova evdə həyat yoldaşı 40 yaşlı Seynur Abbasovla mübahisə edib. Qısqanclıq nəticəsində yaranan mübahisə zamanı Abbasov Türkanə Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Həyat yoldaşını öldürən Seynur bıçaqla özünə də xəsarət yetirib. O, polis nəzarətində xəstəxanaya çatdırılıb. Həkimlər yaralının həyati təhlükəsini aradan qaldırıblar. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar aparılır.