• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1209
— 23.03.2018 22:13

Təndirə düşən qadın yanaraq öldü

KepezTV Player

Lənkəranda 50 yaşlı qadın bədbəxt hadisənin qurbanı olub. Olay rayonun Aşağıtəngivan kəndində baş verib. Kənd sakini Böyükxanım Əliyeva təndirdə çörək bişirərkən ora yıxılıb. Qadın aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Daha bir bədbəxt olay Sumqayıt şəhərində, H.Z.Tağıyev qəsəbəsində baş verib. 3 yaşlı Tural Şükürov evdə nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb. Azyaşlı yaxınları tərəfindən dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Müayinə olunan uşağın 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri aldığı və bədəninin 3 də 1 hissəsinin yandığı məlum olub. Xəstəxanadan bildirilib ki, Tural Şükürovun vəziyyəti qənaətbəxşdir və müalicəyə cəlb olunub. Faktlar araşdırılır.