• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 985
— 17.03.2018 22:42

Göygöldə qadın doğuş zamanı dünyasının dəyişib

Göygöldə qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən ana ölüb. Rayonun Şəhriyar kənd sakini Ofelya Abdullayeva martın 15-də rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra vəziyyəti pisləşən qadın reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, bu qadının dünyaya gətirdiyi üçüncü övlad olub. Yeni dünyaya gələn oğlan uşağının vəziyyəti normal qiymətləndirilir. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.