• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 16.03.2018 14:57

“Ölkəmizi taniyaq” maarifləndirici tur-aksiyası çərçivəsində məktəblilər Gəncəni səfər ediblər

KepezTV Player

Ölkəmizi tanıyaq tur aksiyası çərçivəsində Saatlı, Sabirabad, Ucar, Kürdəmir, Qax, Zaqatala və Balakən məktəbliləri Gəncə ilə tanış olublar. Şəhərin baş meydanından başlayan ekskursiya çərçivəsində Şah Abbas Cümə məscidi və Çökək hamam, Cavad xanın türbəsi ziyarət olunub. Gəncə xanının adını daşıyan küçə, Gəncə Dövlət Filarmoniyası, Məhsəti Gəncəvi mərkəzində gördükləri də şagirdlərin marağına səbəb olub. Tur aksiya iştirakçıları eləcə də İmamzadə Kompleksində olub, Nizami məqbərəsi və muzeyi, Qoşa qala qapıları muzeyini gəziblər.

Azərin Abbasova - tur aksiya iştirakçısı: Biz burada Gəncənin tarixi,mədəniyyəti, milli mətbəxi və gəzməli yerləri ilə yaxından tanış olduq. Çoxlu şəhər haqqında məlumatlar əldə elədik.

Günel Məhərrəmova - tur aksiya iştirakçısı: Gəncənin gəzməli və görməli yerləri ilə ilk dəfədir ki, tanış olur. Adlarını tarıx kitablarından oxuduğum şəhri gəlib canlı gördük. Gəncə məndə xoş təəsurat yaratdı.

 

Xaliq Qurbanlı