• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 16.03.2018 13:31

Qəzada ölən və xəsarət alanlar var

KepezTV Player

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. Atbulaq kəndi ərazisində “Mercedes” markalı avtomobil yolda təmir işləri aparan maşınla toqquşub. Nəticədə iki qadının ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri “Mercedes”in sürücüsü, 3-ü isə avtomobildə olan azyaşlılardır. Xəsarət alan uşaqlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar. Fakt araşdırılır.

 

Zülfiyyə Telmanqızı