• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 16.03.2018 11:02

SsangYong krossoverini şəbəkəyə qoşdular

Ssangyong şirkəti Cenevrə şəhərində keçirilən avtomobil sərgisinə e-SIV krossoverini gətirib. Yeni maşın özündə markanın gələcək dizaynını birləşdirir. Korando modelini əvəzləyəcək yeniliyin uzunluğu 4,5 metr, eni 1,8, təkər bazası isə 2,7 metr ölçüsündədir. e-SIV 190 at güclü elektromotor və 61,6 kilovatt-saat həcmli akkumlyatorla təchiz olunub. Krossoverin bir dəfəyə ən uzaq gedə biləcəyi məsafə 450 kilometrdir. Maksimal sürəti 150 km/saat olan maşının batareyalarının 80 faizi 50 dəqiqəyə enerji ilə təmin olunur. SsangYong e-SIV-in salonunda 4 individual oturacaq gözə dəyir. Avtomobilin idarəetmə funksiyaları multimedia sisteminin sensorlu interfeysi vasitəsilə həyata keçirilir. Bu sistem süni intellektlə səsləri ayırd edə bilir. Şəbəkəyə daxil edilən krossoverdə təhlükəsizlik sistemini, klimat quraşdırmanı və batareyanı məsafədən nəzarətdə saxlamaq mümkündür. SsangYong e-SIV yarıavtonom rejimlə təmin olunub.