• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 15.03.2018 18:59

Şəmkirdə avtomobil dərəyə aşıb, 1 nəfər xəsarət alıb

KepezTV Player

Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun “Yasamal aşırımı” adlanan hissəsində baş verib.  Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə rayonun Yeni Həyat kənd sakini olan sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ambulator tibbi yardım göstərilən yaralının vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, qəzaya sürücünün sərxoş halda avtomobili idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.