• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 15.03.2018 13:55

Mənzillərdən oğurluq edən şəxslər saxlanılıblar

KepezTV Player

 Mingəçevirdə mənzillərdən oğurluq edən şəxslər saxlanılıblar.Ötən il dekabrın 12-də şəhər sakini Ellada Kərimli şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək kürəkəninə məxsus bərbərxanadan televizorun oğurlanması barədə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri Arzuman Rəhimov və Asiman Allahverdiyev saxlanaraq istintaq şöbəsinə təhvil veriliblər. Dindirilmə zamanı onların hər ikisi cinayəti etiraf ediblər. Hətta başqa başqa qanunazidd əməlləri də üzə çıxıb.