• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1060
— 15.03.2018 10:50

Gələcək Hyundai modelləri belə görsənəcək

Hyundai şirkəti Le Fil Rouge prototipi üzərində yeni dizayn tətbiq edib. Konsept ənənəvi ön kuzov işıqlandırılmasından məhrum olub və onu böyük işıq paneli əvəzləyib. Hyundai-ın dizayner mərkəzinin rəhbəri Lyuk Donkervolke bildirib ki, Le Fil Rouge markanın 1974-cü il konseptindən ilhamlanaraq yaradılıb. Hyundai Le Fil Rouge-un interyerində 4 ayrıca oturacaqlar quraşdırılıb, içəridə əsasən təbii ağac materialından istifadə olunub. Prototip bir neçə ekran qazanıb. Onlardan biri alətlər panelini əvəzləyib, bəziləri qapılara bərkidilib, daha ikisi isə ön oturacaqların arxalarına quraşdırılıb.