• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 806
— 12.03.2018 14:08

Gəncə komandası muay-tay üzrə Azərbaycan çempionatında iştirak edib

KepezTV Player

Nizami yurdunun təmsilçiləri Bakıda reallaşan yarışda yüksək nəticələrə imza atıblar.

Respublika çempionatı yeniyetmələr, gənclər və kişilər arasında keçirilib. Yarışa əməkdar məşqçi İlqar Alıyevin rəhbərliyi altında qatılan 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandası 6 medal qazanıb. Mükafatlar 2-i qızıl, 3-ü gümüş, 1-i isə bürünc olub.

Çempionatda hər iki qızıl medal kişilərin mübarizəsində əldə olunub. 63,5 kq-da Cabbar Musayev və ağırlığı 86 kq-dan çox olan idmançıların yarışında Elmir Əliyev bütün döyüşlərini qələbə ilə başa vurub. Yeri gəlmişkən, Əliyev bu yarışdan öncə budo üzrə Azərbaycan çempionatında da eyni nəticəni göstərib. 

Gəncə idmançılarından Hüseyn Əsgərov, Rauf Cəfərov və Sərxan Cabbarov gümüş medalla kifayətlənib. Bürünc mekafat isə Məhəmmədəli Nəsibovun aktivinə yazılıb.

Artıq növbəti yarışa hazırlaşan İlqar Alıyevin yetirmələri gələn ay kikboksinq üzrə Azərbaycan birincliyində güclərini sınayacaqlar.

Azad Rəfi