• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 28.02.2018 14:28

Goranboyda məskunlaşan məcburi köçkünlər tibbi müayinələrə cəlb edilib

KepezTV Player

Təxminən yarım ay ərzində gündə 170 nəfər dispensirizasiya ediləcək. Bu məqsədlə   Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının həkim birqadası Goranboyun Veysli kəndinə ezam edilib.

Həkim birqadası 7 ixtisaslı həkimdən ibarətdir. Laborator avadanlıqlar və zəruri dərman peraparatları ilə təchiz edilən səyyar qrup sağlamlıqla bağlı şikayəti olanları müayinədən keçirir.

Şəbnəm Quliyeva - aksiya iştirakçısı:  Ailə üzvlərimizlə birlikdə pulsuz müayinədən keçdik. Məlum oldu ki, mənim bronxlarımda problemlər var. Həkimlər resespt yazdı və müayinə təyin olundu. Uşaqlarım da müayinədən keçdi. Biz çox razıyıq.

Qardaşxan Nəbiyev - aksiya iştirakçısı:  Kəlbəcər səhiyyəsinin tibb işçiləri bu gün bizim qəsəbədədir. Onlar qəsəbə üzvlərinin tibbi müayinəsini təşkil etdilər. İldə keçirilən belə bir aksiyadan çox razıyıq. Mənimdə böyrəyimdə narahatçılıq olduğuna görə müraciət etdim. Bunun üçün də mənə bəzi göstərişlər verildi. Çox sağ olsunlar razıyıq.

3275 kəlbəcərlinin yaşadığı Yeni Veysli qəsəbəsində ilk müayinə günü 22 nəfərə ambulator, 6 nəfərə isə stasionar müalicə təyin edilib.

Adil Heydərov - həkim: “Əsasən tənəffüs yollarının katarı xəstəlikləri, qan təzyiqi aşkar olunub. Elə yoldaşlar var ki, onların böyrəyində, ürəyində problem var. Onlara da müəyyən reseptlər yazılıb, göstərişlər verilir. Lazım olarsa ixtisaslaşımış xəstəxanalara da göndərişlər verəcəyik. Bundan əvvəl Şəmkir rayonun da olmuşuq. Göygöl rayonun Murovdağ qəsəbəsində, Yevlax şəhərində, Tərtər rayonunda, Bərdədə salınmış kəlbəcərlilər üçün qəsəbədə planlaşdırmışıq ki, olaq və əhalimizi tibbi müayinədən keçirək”.

Fevralın 12-dən indiyə kimi 3700 kəlbəcərli tibbi yoxlamadan keçib. Bunlardan 61 nəfərə ambulator, 32 nəfərə isə stasionar müalicə təyin edilib. 15 kəlbəcərli isə Gəncə və Bakıda müxtəlif ixtisaslaşmış xəstəxanalara göndərilib.

 

Elnur Vahidoğlu