• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 26.02.2018 14:30

Bölgələrdə Xocalı soyqırımı qurbanları silsilə tədbirlərlə anılıb

KepezTV Player

Samux rayonunda Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilən silsilə tədbirlər keçirilib. Məktəblilərin Xocalıya həsr etdiyi rəsmlərin nümayişi olub, rayonun mədəniyyət işçiləri bədii kompazisya ilə çıxış ediblər. Fevralın 25-dən 26-na keçən gecə baş verən soyqırım bəşər tarixinin qanlı səhifələrindən biri kimi səciyyələndirilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyi, nahaq qanın yerdə qlamayacağı və qaçqınların öz yurd-yuvalarına qayıdacaqlarına əminlik ifadə olunub.

Xocalı qurbanlarının xatirəsi Şəmkirdə yürüşlə anılıb. Bayraq meydandan şəhidlər xiyabanınadək “Xocalıya Ədalət” naminə təşkil olunan yürüş soyqırım abidəsini ziyarətlə yekunlaşıb. Anım tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kompaniyasının ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı rol təqdir edilib.

Göygöl rayon ictimayyəti də Xocalıda ermənilərin törətdikləri vəhşilikləri pisləyib. Soyqırım qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğu, hər il bu dəhşətli faciə ilə bağlı Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində anım tədbirlərinin və aksiyaların təşkilinə diqqət çəkilib. “Xocalıya ədalət!” şüarı altında rayon məktəbliləri və mədəniyyət işçiləri “Xocalım” adlı ədəbi- bədii kompazisiya ilə çıxış edib.

 

Natiq Hüseyn