• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 26.02.2018 14:39

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanları başa çatıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib. Gəncədə 3 binada keçirilən imtahanda iştirak üçün 838 bakalavr qeydiyyatdan keçib. İmtahanın idarə olunmasına 7 imtahan rəhbəri, 81 nəzarətçi müəllim cəlb olunub. Bakalavrlara 2 saat 30 dəqiqə ərzində 50-si məntiqi təfəkkür, 25-i informatika, 25 xarici dil olmaqla ümumilikdə 100 sual təqdim olunub. Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 2-3 gün ərzində elan ediləcəyi gözlənilir.

 

Gülnar Fazilqızı