• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 20.02.2018 15:41

Şəmkirdə DSK-lar seminar müşavirələri davam etdirir

KepezTV Player

98 saylı Şəmkir şəhər Dairə Seçki Komissiyasında da qarşıdan gələn president seçkiləri ilə əlaqədər olaraq seminarlar keçirilir. Seçkilərə hazırlıq və məntəqələrin prosesə hazırlığının müzakirə edildiyi toplantıda dairə üzrə ilkin olaraq 34 min 336 seçiçinin siyahıya alındığı və 33 məntəqədə prosesin şəffaf və demokratik keçirilməsi üçün maksimum şərait yaradıldığına diqqət çəkilib. Çıxışlarda seçki prosessində Kütləvi İnformasiya Vasitələrinin rolu eləcədə yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinə dair məlumatlar da verilib. Eyni zamanda seçki hüquqlarının pozulmasına görə nəzərdə tutulan qanunvericilik aktları və məsuliyyət növləri diqqətə çatdırılıb.

Abdulla Sadıqov 98 saylı DSK-nın sədri: Seçkilərə hazırlıq qanunun tələblərinə uyğun olaraq aparılır. Gələcəkdə hər hansı bir neqativ hallarla rastlaşmamaq üçün biz smeinar müşavirələri daha kefiyyətli keçirilməsini məntəqə seçki komissiyalarının sədrlərinin peşəkarlaqlılarını artırılmasına diqqət yetiririk. Seçkilərin daha yaxşı müşahidə olunması  üçün 11 şəhər seçki məntəqəsi şəhərdə 1 qəsəbə seçki məntəqəsində ümumilikdə dairə üzrə 12 məntəqədə VEB kamera quraşdırılması nəzərdə tutulub.

Natiq Hüseyn