• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1483
— 19.02.2018 14:41

Göygöldə əhalinin tibbi müayinəsi davam edir

KepezTV Player

1870 nəfər Göygöl sakini bir həftədir başlayan icbari dispansiriyasiyada həkim müyainəsindən keçib. Rayon mərkəzi ilə yanaşı ucqar kəndlərdə yaşayanlar da səyyar tibbi xidmətdən yararlanır.

Göygöl Rayon Mərkəzi Xəstəxanasının poliknikasında 3 həkim birqadası tərəfindən aparılan müayinələrdə gün ərzində 120-ə yaxın sakin iştirak edir.

Zərifə Qasımova – sakin: “Tibbi müayinədən keçdim. Gözümlə bağlı həkimə gəlmişdim. Çox razıyam”. 

Sədrəddin Ələsgərov – sakin: “Həkimlərin yanına gəldim. Qulağım ağrıyırdı. Yoxladılar, buna qarşıda dərmanlar yazıldı. Göstərdikləri qayğılara görə çox sağ olsunlar”.

Fevralın 12-dən etibarən yoxlanılanlardan 641-i ambulator, 19 nəfər isə stasionar müalicəyə cəlb edilib.

Rauf Abuzərov Göygöl Rayon Mərkəzi Xəstəxanasının poliknika şöbəsinin müdiri: Bunların arasında ən çox yuxarı tənəffüs yollarının xəstəlikləri, xroniki bronxit, xroniki hepatit, xroniki qastrit və digər xəstəliklər aşkar olunub. Əhalimiz üçün rentgen, floqrafik, ultrasəs, elektrokardioqrafik ehtiyac olarsa exokardioqrafik müayinə eləcədə laborator müayinələr təyin olunur”.

Mayın 12-nə kimi Göygöl rayonu üzrə 37 min nəfər Rayon Mərkəzi xəstəxanası ilə yanaşı 2 kənd həkim xəstəxanası və 10 həkim ambulator məntəqəsində tibbi müayinədən keçəcək. əhaliyə səyyar xidmət göstəriləcək.

 

Elnur Vahidoğlu