• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2112
— 17.02.2018 16:01

“Kəpəz” sabah “Keşlə”ni qəbul edəcək

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda sabah “Keşlə”ni qəbul edəcək “Kəpəz” bu oyunun əsas hazırlığını başa vurub. Həftəboyu Bakıda məşq edən komandanın görüş öncəsi son hazırlığı Gəncə şəhər stadionunda olacaq. Matçın keçiriləcəyi arenada baş tutacaq məşq saat 17:00-da başlayacaq. Məşq prosesi azarkeşlər və mətbuat üçün açıq xarakter daşıyacaq. “Kəpəz” – “Keşlə” oyununun start fiti saat 15:00-da səslənəcək.      

Azad Rəfi