• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2492
— 17.02.2018 15:18

Gəncədə kənd təsərrüfatı məhsulları aşağı qiymətə satışa çıxarılıb

KepezTV Player

 Gəncədə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Buarda müxtəlif çeşitdə  məhsullar mövcud bazar qiymətindən ümumlikdə 30-40% aşağı istehlakçılara təklif olunub. Alıcılarında böyük marağına səbəb olan yarmarkada ət və ət məhsulları, yumurta, süd və süd məhsulları, meyvə, tərəvəz, çərəz daha çox alınan məhsullar sıyahısında olub. Münasib qiymətlərdən məmmun olan alıcılar hər həftənin şənbə və bazar günü təşkil olunacaq analoji yarmarkada bazarlıq edəcəklərini bildiriblər.

Mənzərə Nəsibova alıcı:Bura bazar qiymətlərindən çox fərqlidir, məhsullar aşağı qiymətə təklif olunur. Daha bazarlığımızı buradan edəcəyik çox sərfəlidir. Çox sağolsun bunu təşkil edənlər

Tural Cəfərov alıcı:Göylərin qiyməti 30 qəpikdir, ət 8 manatdan satılır. Bayram öncəsi buradan bazarlıq etməyə dəyər.

Rafiz Qasımov satıcı:Bizdə öz məhsaullarımızı çıxarmışıq yarmarkaya. Alıcıların axımı çox yaxşıdır. Ümumi bazar qiymətindən 40% aşağı veririk məhsullarımızı. Həftədə 2 gün təşkil olunacaq kənd təsərrüfatı yarmarkasına hər kəsin gəlməsini istəyirik çünki qiymətlər çox münasibdir.