• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 852
— 30.01.2018 18:13

Amil Həmzəyev Ukraynada ən dəyərli oyunçu seçildi

KepezTV Player

Gəncə basketbolçusu Amil Həmzəyev çıxış etdiyi Ukraynada daha bir uğura imza atıb. O,  bu dəfə ənənəvi yox, basketbolun 3X3 növü üzrə yarışda fərqlənib. Həmzəyevin şərəfini qoruduğu “Kremençuk” klubu ölkə kubokunun qış mərhələsində zona yarışının qalibi olaraq finala yüksəlib.

Həmyerlimiz kubok oyunlarında komandasının uğur qazanması üçün bütün bacarığını ortaya qoyaraq “Kremençuk”u qələbəyə daşıyıb. 6 kollektivin iştirak etdiyi yarışın yarımfinalında 16, final görüşündə isə 12 xal toplayan Həmzəyev mübarizə keyfiyyətlərinə görə yarışın ən dəyərli oyunçusu seçilib. Amilin klubu bu nəticə ilə gələn ay Kiyevdə keçiriləcək Ukrayna Kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, gəncəli basketbolçu eyni növ üzrə yığma komandamızın heyətində ötən il Bakıda keçirilən İslam Həmrəyliyi oyunlarının qızıl mükafatçısı olub.

Azad Rəfi