• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2133
— 06.02.2018 15:47

“Kəpəz”in əvəzedici komandası “Xəmsə”yə qalib gəldi

KepezTV Player

Çempionatın ikinci hissəsinə hazırlığı davam etdirən “Kəpəz”in əvəzedici heyəti yoxlama oyunu keçirib. “Dubl” Region Liqasında Gəncəni təmsil edən “Xəmsə” ilə qarşılaşıb. Matç əvəzedicilərin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. “Kəpəz”in qolunu ikinci hissədə Eltac Mirzəyev vurub. Bu, “sarı-göylər” qış toplanışı müddətində sonuncu sınaq matçı olub. Komanda həftəsonu ölkə çempionatında səfərdə “Neftçi” ilə oynacaq. “Xəmsə” üçün qış fasiləsi isə gələn həftə başa çatacaq. Gəncəlilər fevralın 17-də Region Liqasında “Şəmkir”i qəbul edəcək.

Azad Rəfi