• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 05.02.2018 15:24

Qərb bölgəsində ilk dəfə olaraq magistraturaya daxil olmaq istəyənlər biliklərini sınayıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən Gəncədə təşkil olunan imtahanda 96 nəfər iştirak edib. Magistraturaya qəbulun 1-ci mərhələsi üçün sənəd qəbulu fevralın 12-dək davam edəcək və imtahan ayın 25-də keçiriləcək. 50-si məntiq, 25-i informatika, 25-i xarici dil olmaqla, ümumilikdə 100 suala cavab verməklə keçid balını toplaya bilənlər növbəti mərhələyə keçmiş sayılacaq. Artıq sınaq imtahanının nəticələri də açıqlanıb.

Nəsimi Məmmədov - DİM Gəncə Regional bölməsinin müdiri: “Magistraturaya qəbulda ixtisas qrupları var ki, bu qrupların keçid balları müxtəlifdir. Humanitar ixtisas qrupları üzrə keçid balı 50-dirsə, təbiət, texniki və təhsil ixtisas qrupları üzrə keçid balı 40-dır. Təbiət ixtisasları üzrə keçid balı 45, kənd təsərrüfatı və qabiliyyət tələb edən ixtisas qrupları üzrə keçid balı 30-dur. DİM tərəfindən Magistr 2 jurnalı nəşr edilib. Bütün məlumatlar bu jurnalda DİM-in rəsmi internet saytında yerləşdirilib”.