• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 22.01.2018 14:40

Gəncədə cüdo üzrə uşaq və yeniyetmələr arasında turnir keçirilib

KepezTV Player

Yarış 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunub.

Yarışın açılış mərasimində çıxış edənlər 28 il öncə törədilən qanlı hadisə ilə bağlı fikirlərini bölüşərək 20 Yanvarın xalqımızın azadlıq mübarizəsində xüsusi rol oynadığını bildiriblər. “Qanlı şənbə gecəsi”nin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğu vurğulanıb.

Rəsmi hissədən sonra yarışa start verilib. Bununla da 3 yaş qrupundan olan cüdoçular mükafatlar uğrunda mübarizəyə qoşulub.  

Turnirdə yerli cüdoçularla yanaşı, Şamaxı təmsilçiləri də qüvvəsini sınayıb. 100-ə yaxın idmançı müxtəlif çəki dərəcələrində qalibləri müəyyənləşdirib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi ilə Gəncə İdman Klubunun birgə təşkil etdiyi yarışın sonunda mükafatçı yerləri tutanlara medal və diplom təqdim edilib.

Azad Rəfi