• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1076
— 17.01.2018 14:13

Gəncə basketbolçuları “Təhsil liqa”sında uğurla yarışır

KepezTV Player

Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə aşağı yaşlı basketbolçulardan ibarət komandalar arasında respublika yarışları keçirilir. “Təhsil liqa”sı adlanan birincilikdə Gəncə təmsilçiləri də iştirak edir.

Bakıda reallaşan liqa oyunlarında Nizami yurdunu 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin basketbolçuları təmsil edir. Yarışlar iki yaş qrupu üzrə keçirilir və Gəncə komandaları hər iki liqada qüvvəsini sınayır. Liqalarda respublikanın müxtəlif idman məktəblərinin, cəmiyyətlərin 24 komandası mükafatlar uğrunda mübarizə aparır.

Gəncə basketbolçuları ötən mövsüm də anoloji yarışlarda iştirak ediblər. Məşqçilər ən azı ötən il əldə olunan nəticələri təkrarlamağı hədəfləyiblər.

 “Təhsil liqaları”nın keçirilməsinin məqsədi yaş qrupları üzrə istedadlı basketbolçuların aşkarlanması, onların oyun təcrübəsinin artırılması və yığma komandaların heyətinin müəyyənləşdirilməsidir. Bu liqaların təşkili basketbol idman növünə uşaq və yeniyetmələrin cəlb edilməsi baxımından əhəmiyyət daşımaqla idmana marağın artmasında müsbət qiymətləndirilir.

 

Azad Rəfi