• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1189
— 13.01.2018 16:03

“Kəpəz” transfer çalışmalarını davam etdirir

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə hazırlığı Bakıda keçirən “Kəpəz”in heyətində xeyli dəyişikliklər var. 8 oyunçu ilə yolları ayıran “sarı-göylər” yeni futbolçularla güclənib. Qış fasiləsi dövründə komanda üç futbolçunu rəsmən heyətinə qatıb. Gəncə klubu Samir Zərgərov, Murad Səttarlı və Roman Hüseynov ilə müqavilə bağlayıb. Düşərgəyə yeni gələn legionerlərdən ukraynalı Sergey Litovçenko və gürcü Giuli Manjqaladzenin də “Kəpəz”də qalmasına qərar verilib.

Azad Rəfi