• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1368
— 22.11.2017 14:32

Gəncədə ədliyyə işçiləri xeyriyyə aksiyasına qoşulublar

KepezTV Player

Ədliyyə işçilərinin peşə bayramı münasibətilə nazirliyin Gəncədə fəaliyyət göstərən əməkdaşları şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ruhuna öz ehtiramlarını bildiriblər. Daha sonra ədliyyə işçiləri Mərkəzi Qan Bankını Gəncə şöbəsində xeyriyyə aksiyasına qoşulublar. Hüquq müdafiəçiləri hemafiliyadan və talesimiyadan əziyyət çəkənlər, eləcə də ehtiyacı olanlar üçün könüllü olaraq qan veriblər. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2000-ci ildən etibarən hər il oktyabırın 22 ölkədə Ədliyyə işçilərini peşə bayramı günü kimi qeyd olunur.

Samir Cəfərov - Gəncə Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi: “Eyni zamanda ölkə başçısını müvafiq fərmanı ilə gələn il üçün Azərbaycan Ədliyyəsini 100 illiyinin keçirilməsi məqsədilə onunla bağlı tərəfmizdən müvafiq tədbirlər planı hazırlanıb”.))

 

Xaliq Qurbanlı