• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 22.11.2017 14:38

Gəncədə universitet-sənaye əməkdaşlığının inkişafı üçün daha bir addım atılıb

KepezTV Player

 Universitet-sənaye əməkdaşlığının inkişafı, əmək bazarının tələblərinə cavab verən müətəxəssis hazırlığının həyata keçirilməsi, tədris və elmi-tədqiqat işlərinin aparılmasında innovativ texnologiyaların tətbiqi baxımından daha bir addım atılıb. Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti ilə “Yalama Aqropark” MMC əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb. Anlaşma Memorandumu tərəflər arasında əməkdaşlığın təşviq və inkişaf etdirilməsi, o cümlədən ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartları, kənd təsərrüfatı məhsullarının rəqabət qəbiliyyətinin artırılması və milli brendlərin yaradılması üzrə birgə layihələrin həyata keçirilməsini ehtiva edir. Digər tərəfdən kadr hazırlığı sahəsində sıx əməkdaşlıq, tələbələrin təcrübələrinin təşkil edilməsi, xaricdə və ölkə daxilində aqrobiznesə dair təlim və seminarlarda ADAU və “Yalama Aqropark”ın mütəxəssislərinin birgə iştirakına dəstək kimi məsələləri əhatə edir. 

 

Orxan Cəfərzadə