• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 22.11.2017 10:03

Yeniyetmələr kompüteri unudub onu seçəcəklər?

Apple şirkəti iPad Pro planşeti haqqında videoçarx yayımlayıb. İstehsalçılara görə, bu cihaz ənənəvi kompüteri tamamilə əvəzləyəcək. Videoda yeniyetmə qız özünün iPod-u ilə bütün günü dostları ilə əlaqə qurur, şəkil çəkir, mətn yazır, komikslər oxuyur və başqa tapşırıqlar yerinə yetirir. Günün sonunda isə o, evə qayıdır və həyətdə də planşetindən istifadə edir. Qızı görən qonşu ona kompüterdə nə etdiyini soruşur, yeniyetmə isə cavabında “kompüter nədir?” sualını verir. Qeyd etmək lazımdır ki, Apple planşetinin qiyməti aksessuarsız və qatlanan klaviaturasız 650 dollardır. Müqayisə etsək, personal kompüter və büdcəyə uyğun noutbukun dəyəri qat-qat aşağıdır. Apple başbilənləri bu video ilə bildirmək istəyirlər ki, yeniyetmələr bu planşetlə “kompüter” sözünü unuda bilərlər.

 

Cavanşir Məmmədzadə