• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1592
— 22.11.2017 10:02

Yeni Tesla Roadster 96 km/saatı 1,9 saniyəyə yığır

Tesla şirkəti rəsmi şəkildə Roadsterin yeni nəsil modelini təqdim edib. Avtoistehsalçı iki qapılı maşını ən sürətli seriyalı avtomobil kimi xarakterizə edib. Tesla Roadsteri üç elektrikli mühərriklə təchiz ediblər. Onlardan ikisi arxa təkərləri, qalanı isə ön təkərləri fırladır. Motorların ümumilikdə hansı gücə malik olduğu açıqlanmır. Tesla Roadster cəmi 1,9 saniyəyə 96 km/saat sürət yığır. Milin ¼-ni maşın 8,8 saniyəyə qət edir. Maksimal sürətsə saatda 400 kilometrə bərabərdir. Roadsterin şəhər mühitində gediş ehtiyatı 992 kilometr təşkil edir. 4 yerli və iki qapılı maşının sahiblərinə qovuşması 2020-ci ildən tez baş verməyəcək. İlkin qiymət isə 200 000 dollardır. Sifariş üçün əvvəlcədən 50 000 ödəmək lazımdır. Bununla yanaşı, Roadsterin 1000 ədəd Founders Series adlı xüsusi versiyası buraxılacaq. Onun dəyəri isə 250 000 dollar olacaq.

 

Cavanşir Məmmədzadə