• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2010
— 21.11.2017 19:44

Goranboyda iki avtomobil toqquşdu, ölən və yaralananlar var

KepezTV Player

Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb. Hadisə Bakı-Qazax avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. "Oka" və "Zaporojets" markalı avtomobillər toqquşub, nəticədə 13 nəfər yaralanıb. Xəsarət alan şəxslərdən 1-i, 14 yaşlı Kənan Məmmədov Goranboy Rayon Mərkəzi Xəstəxanasına, daha 6-ı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 3 azyaşlı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. 2 saylı Uşaq Xəstəxanasında tibbi müdaxilələrə baxmayaraq, uşaqlardan birinin həyatını xilas etmək mümkün olmayıb, digər ikisi özəl xəstəxanalardan birinə aparılıblar. Faktla bağlı araşdırma aparılır.