• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 798
— 21.11.2017 15:27

Gəncədə üzümçü alimin anım günü keçirilib

KepezTV Player

Dəyərli alim kimi xidmətləri və üzümçülüyün inkişafında əvəzsiz zəhməti 80 yaşı tamam olan professor Famil Şərifovun anım tədbirində dilə gətirilib. Azərbaycan Dövlət Aqrar Universitetində elə alimin adına olan auditoriyada bir araya gələnlər Famil Şərifovun üzümçülüyün inkişafı ilə bağlı elmi əsrlərinin bu gün də tələbələr tərəfindən əvəzsiz bir mənbə kimi öyrənildiyinə diqqət çəkiblər. Hələ yetmişinci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda üzümçülük yenicə inkişaf edəndə Famil Şərifovun bu hərəkatın önündə olduğu vurğulanıb. Onun üzümçülük rayonlarını, təsərrüfatları gəzərək verdiyi elmi məsləhət və tövsiyyələrin məhsuldarlığın artırlmasına müsbət təsirindən danışılıb.

Sevinc Abduləliyeva ADAU-nun müəllimi:  Respublikanızın demək olar ki, bir nömrəli üzümçü alimlərdən biri olan, Famil Şərifovdan dərs almışam. Bununla fəxr edirəm. Universitetinin nəznində yaratdığı üzümçülük məktəbində tələbələrə üzümçülük elminin sirrlərini elə gözəl öyrətdi ki, indi artıq onlar hər biri başqa- başqa təsərrüfatlarda irəlidə olan aqronomlardır. O qədər işinə, əməyinə vurğun adam idi ki, onun haqqında günlərlə danışsaq, bəlkə də çatdıra bilmərik.