• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 818
— 21.11.2017 13:25

Lənkəran sakini dəm qazından boğuldu

KepezTV Player

Lənkəranda  41 yaşlı  kişi dəm qazından boğularaq ölüb. Hadisə ötən gün  axşam  saatlarında  şəhərin Akademik Zərifə Əliyeva küçəsində yerləşən 15 saylı binada baş verib. 41 yaşlı  Elnur Məhərrəmov kirayədə yaşadığı evdə huşsuz vəziyyətdə aşkar edilib. Dərhal evə Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları çağrılıb, lakin o,keçinmiş vəziyyətdə olub.Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Lənkəran prokrorluğunda araşdırma aparılır.