• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2103
— 20.11.2017 17:57

Qadının evini qarət edən həmkəndliləri saxlanıldılar

KepezTV Player

Masallıda həmkəndlilərinin evindən pul və qızıl oğurlayan şəxslər saxlanılıblar. Belə ki, Yeyənkənd kənd sakini evindən 650 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə Rayon Polis Şöbəsinə məlumat verib. Hüquq-mühafizə orqanı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, oğurluq hadisəsi elə qadının həmkəndliləri tərəfindən törədilib. Əvvəllər şikayətçinin evində usta işləyən 27 yaşlı Ramil Əsgərov içəriyə gizli daxil olmağın yolunu öyrənib. Bu barədə tanışları, 30 yaşlı Vüsal Hacıyev və 23 yaşlı Samir Mirzəzadəyə təlimat verib. Cinayət isə sahibinin evdə olmadığı vaxtda törədilib. Saxlanılan Ramil Əsgərov və Vüsal Hacıyev oğurladıqları qızılı hissə-hissə satdıqlarını və pulu aralarında böldüklərini bildiriblər. Polis dəstənin digər üzvü olan Samir Mirzəzadənin tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

 

Zülfiyyə Telmanqızı